00:48 29-04-2020
news_image
152
FUTBOL

Təxmini bərpa tarixi açıqlandı - La Liqanın

İspaniyanın baş naziri Pedro Sançes ölkədə idmançıların məşqlərə başlaya biləcəyini söyləyib.

Apasport.az saytının məlumatına görə, Ali İdman Şurası turnirlərin bərpa edilməsi üçün dörd mərhələni nəzərdə tutan planı səhiyyə nazirliyinə göndərib.

Bu plan qəbul olunarsa, oyunçular mayın 4-dən etibarən klubların bazalarında fərdi məşq etmək hüququna yiyələnəcəklər. Təlim zamanı məhdud sayda insan iştirak edəcək. Mayın 18-dən futbolçuların kiçik ümumi qruplarda iştirakı planlaşdırılır. Altı nəfərdən ibarət qruplar olacaq. Mayın 25-dən etibarən qruplar 8 nəfərə qədər genişləndiriləcək. Eyni zamanda, futbolçular və məşqçilər daxil olmaqla, meydanda 10 nəfərdən çox adam ola bilməz.

İyunun 1-də komandaların tam kollektiv şəkildə məşq keçməsinə icazə verilməsi güman edilir. Lakin ciddi təhlükəsizlik protokoluna əməl etməklə. İyunun 5-də isə İspaniya çempionatının azarkeşsiz bərpa edilməsi planlaşdırılır. Futbolçuların istəklərindən asılı olaraq, yarışın başlama tarixi iyunun 12-nə qədər təxirə salına bilər.

Qeyd edək ki, İspaniya La Liqası XXVII turdan sonra dayandırılıb.