09:58 29-04-2020
news_image
66
FUTBOL

İngiltərə klublarının futbolçuları mövsümün bərpasından ehtiyatlanır

İngiltərə klublarının futbolçuları koronavirus pandemiyasına görə dayanan mövsümün erkən bərpa olunmasından ehtiyatlanır.

Apasport.az saytının məlumatına görə, oyunçular tam təhlükəsizlik olmadan meydana çıxmağı risk hesab edir.

Futbolçular düşünür ki, koronavirusa yoluxma təhlükəsi hələ də böyükdür. Premyer Liqada çıxış edən oyunçular belə riskə getmək istəmir.

Qeyd edək ki, Premyer Liqanın iyunun ilk yarısında bərpa olunması planlaşdırılıb.