10:05 29-04-2020
news_image
161
FUTBOL

“Real” Uruqvaydan futbolçu alır – 9 milyona

İspaniyanın “Real” klubu heyətinə uruqvaylı futbolçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi “Penyarol”da çıxış edən Fakundo Pellistrinin xidmətində maraqlıdır.

Madridlilər 18 yaşlı hücumameylli yarımmüdafiəçini bu yay heyətində qatmaqda maraqlıdır. “Real” onun üçün 9 milyon avro ödəmək niyyətindədir.

Qeyd edək ki, futbolçunu “Mançester Siti”, “Napoli” və “Atletiko” da transfer etmək istəyir.