11:04 29-04-2020
news_image
180
FUTBOL

"Zirə"dən ayrılacaq ilk futbolçu dəqiqləşdi

Mövsümün sonunda "Zirə"ni tərk edəcək ilk futbolçunun adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu müdafiəçi Anastasios Papazoğlu ilə yollarını ayıracaq.

Qəsəbə təmsilçisinin məşqçilər korpusu artıq çoxdandır yunanıstanlı futbolçunun xidmətinə ehtiyac duymur. Hətta qış fasiləsində özünə yeni klub tapması istənilsə də, Papazoğlu qalıb, əvəzedicilərlə məşq keçməyə razı olmuşdu. Müqavilə müddəti mövsümün sonuna qədər olan 32 yaşlı müdafiəçiyə rəhbərlik yeni sözləşmə təklif etməmək qərarına gəlib. Bu isə o deməkdir ki, Papazoğlu yayda azad agent statusu daşıyacaq və komandanı tərk edəcək.

Qeyd edək ki, Anastasios Papazoğlu "Zirə"yə mövsümün əvvəlində ölkəsinin OFİ klubundan keçib.