11:30 29-04-2020
news_image
113
FUTBOL

La Liqa klubu qərarını verdi – Fekir satılmır

İspaniyanın “Betis” klubu futbolçusu Nobel Fekirlə bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, klubun prezidenti Anxel Aro fransalı yarımmüdafiəçinin satılmayacağını bəyan edib.

O bildirib ki, İngiltərə təmsilçisi “Nyukasl”a keçəcəyi iddia olunan futbolçu La Liqa klubunda qalacaq: “Fekir komandamıza gəlməsindən razıdır və Sevilyada olmağına xoşbəxtdir. O, karyerasına burada davam etdirmək istəyir. Hazırda biz onunla vidalaşmaq niyyətində deyilik”.