12:52 29-04-2020
news_image
53
FUTBOL

Premyer Liqa klubunda qalır – baş məşqçi

İngiltərənin “Uotford” klubu baş məşqçisi Naycel Pirsonu postunda saxlayacaq.

Apasport.az saytının məlumatına görə, 56 yaşlı mütəxəssislə bir illik anlaşma əldə olunub.

Müqaviləsi uzadılacaq çalışdırıcı növbəti mövsümün sonunadək Premyer Liqa klubuna rəhbərlik edəcək. Onun hazırkı əvvəlki anlaşması cari mövsümün sonunda başa çatırdı.

Pirson ötən ilin dekabrında “Uotford”a baş məşqçi təyin olunub. Ona qədər 15 oyunda 1 qələbəsi olan və aşağı liqaya yuvarlanma zonasında qərarlaşan klub sonradan 5 matçda, o cümlədən “Liverpul”la görüşdə qalib gəlib. 

Qeyd edək ki, hazırda “Uotford” Premyer Liqanın turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.