14:18 29-04-2020
news_image
113
FUTBOL

Premyer Liqa tarixinə düşəcək - Sanço

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sanço vətəni İngiltərəyə qayıtmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın nəhəng klubları 20 yaşlı vingerin xidmətində maraqlıdırlar.

Bundesliqa təmsilçisi də onu çox saxlaya bilməyəcəyini başa düşür. Bu üzdən "Borussiya" Sançonu satmağa hazırdır. Ancaq bunun baş verməsi üçün Premyer Liqa rekordu qırılmalıdır. Yəni Sançonu istəyən klub 105 milyon avrodan çox xərc çəkməlidir. Onun "Borussiya" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Premyer Liqada transfer rekordu Pol Poqbaya məxsusdur. Fransalı yarımmüdafiəçi 2016-cı ildə "Yuventus"dan "Mançester Yunayted"ə 105 milyon avroya keçib.