14:46 29-04-2020
news_image
2440
FUTBOL

Dördilliyin şəksiz lideri – “Qarabağ”

UEFA-nın 2024/25 mövsümündən Çempionlar Liqası ilə bağlı islahatlar keçirəcəyi iddialara əsasən bu turnirdəki təmsilçilər son 4 ildəki nəticələrlə müəyyənləşəcək.

Apasport.az saytının məlumatına görə, əgər bu yenilik belə gec deyil, artıq növbəti mövsümdən gerçəkləşsəydi, Azərbaycanın turnirdəki təmsilçisi indidən bəlli olardı.

Söhbət son 4 mövsümün ən yaxşısından gedir. Başa çatan son üç mövsüm, həmçinin koronavirus pandemiyası üzündən dayanan cari çempionata nəzər salsaq, “Qarabağ” dördilliyin şəksiz lideridir.

Ağdamlılar bu müddətdə 238 xal toplayıb. Bu dövrdə üç çempionluq yaşayan Qurban Qurbanovun yetirmələri “Neftçi”ni 68 xal qabaqlayırlar. Bu isə o deməkdir ki, islahatlar aparılmış olsaydı, çempionatın bərpasından sonrakı son 8 tur da liderliyi dəyişməzdi.

Düzdür, islahatlardan sonra dördilliyin reytinqinin dəqiq hansı yolla açıqlanacağı tam aydın deyil. Lakin bu müddətin turnir cədvəli hər şeyi aydın göstərə bilir.

Bu yeniliklərin Çempionlar Liqası kimi Avropa Liqasında tətbiq edilib-edilməyəcəyi də hələ məlum deyil. Əgər belə olsa, “Neftçi”, “Qəbələ” və “Zirə” Avropa Liqasına qatılacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında son 4 mövsümdə 10 komanda oynayıb. Onlardan altısı bu dövrdəki bütün çempionatlarda çıxış edib.

1.

Qarabağ

104

72

22

10

182-52

238

2.

Neftçi

104

50

20

34

148-110

170

3.

Qəbələ

104

42

30

32

147-115

156

4.

Zirə

104

36

29

39

117-130

137

5.

Keşlə

104

33

28

43

124-138

127

6.

Sumqayıt

104

34

25

45

110-142

127

7.

Səbail

76

23

15

38

63-106

84

8.

Kəpəz

56

12

14

30

42-74

50

9.

Sabah

48

12

12

24

39-68

48

10.

AZAL

28

1

7

20

13-50

10