16:01 29-04-2020
news_image
103
FUTBOL

Karyerasını bitirəcəyi vaxtı açıqladı - "Milan"ın futbolçusu

"Milan"ın qapıçısı Pepe Reyna karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı qolkiper daha bir il oynamaq niyyətindədir.

Hazırda "Aston Villa"da icarə əsasında çıxış edən İspaniya millisinin sabiq üzvü gələn ilin yayında butslarını mıxdan asacağını bildirib: "Aston Villa" ilə icarə müqaviləm başa çatdıqdan sonra "Milan"a qayıdacağam. Daha 1-2 il oynamalıyam. Yəqin ki, gələn mövsümün sonunda futboldan gedəcəyəm. Ondan sonra bəlkə məşqçiliyə başladım".

Qeyd edək ki, Pepe Reyna karyerası ərzində "Barselona", "Vilyarreal", "Liverpul", "Napoli" və "Bavariya"da da çıxış edib.