16:19 29-04-2020
news_image
129
FUTBOL

“Nyukasl”dan Poçettinoya cəlbedici təklif

İngiltərənin “Nyukasl” klubunun yeni sahiblərinin baş məşqçi postuna namizədləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanından olan investorlar alqı-satqının uğurla yekunlaşacağı halda argentinalı Maurisio Poçettinoya təklif göndərəcək.

Ötən ilin noyabrında İngiltərə “Tottenhem”indən istefaya göndərilən cənubi amerikalıya cəlbedici təklif hazırlanıb. Ona ildə 19 milyon funt sterlinq maaş vəd olunur.

Lakin 48 yaşlı mütəxəssislə müqavilədən sonra Premyer Liqa alqı-satqıya razılıq verməlidir. “Nyukasl”  Poçettino ilə razılaşmasa, Rafael Benitesi “sükanı arxası”na gətirməyi planlaşdırır. 2016-19-cu illərdə bu komandaya rəhbərlik edən mütəxəssis hazırda Çinin “Dalyan Pro” klubunu çalışdırır.