17:12 29-04-2020
news_image
148
FUTBOL

Dünyanın ən yaxşı gənc futbolçusu açıqlandı

ESPN dünyanın ən yaxşı gənc futbolçularını müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, siyahıda 10 futbolçu yer alıb.

Oyunçu seçimi zamanı 21 yaşdan yuxarı olmamaları əsas götürülüb. Siyahıya PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. Dortmund "Borussiya"sının ingiltərəli vingeri Ceydon Sanço ikinci pillədə qərarlaşır. İlk "3-lüy"ü "Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold qapayır.

Dünyanın ən yaxşı gənc futbolçuları:
1. Kilian Mbappe (PSJ / Fransa)
2. Ceydon Sanço ("Borussiya" Dortmund / İngiltərə)
3. Trent Aleksander-Arnold ("Liverpul" / İngiltərə)
4. Vinisyus Junior ("Real" / Braziliya)
5. Kay Haverts ("Bayer" / Almaniya)
6. Matteys de Liqt ("Yuventus" / Hollandiya)
7. Canluici Donnarumma ("Milan" / İtaliya)
8. Erlinq Haland ("Borussiya" Dortmund / Norveç)
9. Federiko Valverde ("Real" / Uruqvay)
10. Joao Feliks ("Atletiko" / Portuqaliya).