17:18 29-04-2020
news_image
276
FUTBOL

Premyer Liqanın ən bahalı klubları müəyyənləşdi - SİYAHI

İngiltərə Premyer Liqasının klublarının dəyəri məlum olub.

Apasport.az saytının məlumatına görə, ən bahalı klubların siyahısını Liverpul Universitetinin menecment məktəbinin (ULMS) tərtib edib.

London təmsilçisi “Tottenhem” ən bahalı klub sayılıb – 2,5 milyard funt. Daha iki komanda 2 milyard səddini adlayıb.

“Mançester Siti” 2-ci, “Mançester Yunayted” 3-cü olub. Premyer Liqanın ən ucuz klubu isə “Bornmut”dur – 99 milyon funt.

1. “Tottenhem” – 2,5 milyard funt sterlinq
2. “Mançester Siti” – 2,2 milyard funt sterlinq
3. “Mançester Yunayted” – 2,1
milyard funt sterlinq
4. “Liverpul” – 1,5 milyard funt sterlinq
5. “Arsenal” – 1,3 milyard funt sterlinq
6. “Çelsi” – 1,2 milyard funt sterlinq
7. “Vulverhempton” – 458 milyon funt sterlinq
8. “Nyukasl” – 384 milyon funt sterlinq
9. “Bernli” - 350 milyon funt sterlinq
10. “Lester” - 304 milyon funt sterlinq