22:31 29-04-2020
news_image
70
FUTBOL

"Milan" da mübarizəyə qoşuldu - qapıçı uğrunda

"Ayaks"ın qapıçısı Andre Onana daha bir klubun diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, Kamerun millisinin üzvünün indi də İtaliyaya köçmək variantı ortaya çıxıb.

Çünki "Barselona" və PSJ-dən sonra "Milan" da 24 yaşlı qolkiperlə maraqlanır. Əgər Canluici Donnarumma yaxın müddətdə yeni müqavilə imzalamağa razılıq verməsə, "rossonyerlər" Onana ilə danışıqlara start götürəcəklər. "Ayaks"ı tərk etməyə hazır olduğunu deyən dəri əlcək sahibi özü yetirməsi olduğu "Barselona"ya qayıtmaq arzusundadır.

Qeyd edək ki, Andre Onana 2016-cı ildən "Ayaks"ın əsas komandasında çıxış edir.