22:49 29-04-2020
news_image
93
FUTBOL

Superkubok ləğv olundu - koronavirusa görə

Kataloniya Superkuboku - 2020 ləğv olunub.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyasının yayılması təhlükəsidir.

Kataloniya Superkuboku uğrunda matçda "Barselona" ilə "Espanyol" üz-üzə gəlməli idi. 2014-cü ildən bəri hər il keçirilən Superkuboku "Barselona" 2, "Espanyol"la "Jirona" isə 1 dəfə qazanıb.

Qeyd edək ki, Belarus istisna olmaqla, Avropanın bütün ölkələrində futbol oyunları dayandırılıb.