22:59 29-04-2020
news_image
173
FUTBOL

"Bavariya"dan imtina etdi - fransalı

"Leypsiq" klubunun müdafiəçisi Dayo Upamekano gələcəyi ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu hazırkı komandasında qalmağı üstün tutub.

Fransanın gənclər millisinin sabiq üzvü "Bavariya"nın təklifini rədd edib. O, hazırkı klubu ilə gələn ilin yayına qədər olan müqavilə müddətini daha 1 il uzadıb. Buna baxmayaraq, istər Münhen klubu, istərsə də onun xidmətində maraqlı olan "Barselona" daha bir il Upamekanonu izlədikdən sonra yenidən təmasa keçməyi düşünür.

Qeyd edək ki, Dayo Upamekano "Leypsiq"ə 2017-ci ildə "Zalsburq"dan keçib.