00:00 30-04-2020
news_image
339
FUTBOL

Terim 7 futbolçu istədi - hamısı yerli

Koronavirus pandemiyası səbəbindən bir neçə əcnəbi futbolçusu ilə yollarını ayıracaq "Qalatasaray" gələn mövsümün planlarını cızır.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Fatih Terim heyəti yerli futbolçulardan qurmağa hazırlaşır.

Təcrübəli mütəxəssis rəhbərliklə görüşündə transfer siyahısını onlara çatdırıb. O, maddi durumu nəzərə alaraq, nisbətən az maaşa oynayan futbolçuların adlarını siyahısına əlavə edib. Xüsusən də, mövsümün sonunda azad agent statusu daşıyacaq oyunçulara üstünlük veriləcək.

Fatih Terim gələn mövsüm Oğulcan Çağlayan ("Çaykur Rizəspor"), Mərt Hakan Yandaş, Əmrə Kılınç, Ərdoğan Yeşilyurt (hamısı "Sivasspor"), Arda Turan ("Barselona"), Əmrə Çolak ("Deportivo") və Semih Kayanı ("Sparta") ixtiyarında görmək istəyir. Adıçəkilən futbolçuların hamısının klubu ilə sözləşməsi başa çatmaq üzrədir. Məhz bu amil "Qalatasaray"ın işini asanlaşdırır.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılan Super Liqanın XXVI turundan sonra "Qalatasaray" 50 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.