00:20 30-04-2020
news_image
151
FUTBOL

PSJ-nin gündəmində - milli üzvü

"Lion"un hücumçusu Memfis Depay mövsümün sonunda komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun PSJ-yə keçmə ehtimalı yaranıb.

"Lion" 26 yaşlı oyunçunu saxlamaqda israrlıdır. Hətta ona yeni müqavilə də təklif edib. Lakin PSJ Fransa millisinin üzvünə daha yüksək məvacib təklif edir. Forvard keçidə müsbət cavab versə, parislilər qarşı tərəflə danışıqlara başlayacaq.

Qeyd edək ki, Memfis Depay cari mövsüm 13 oyunda 9 qol, 2 assistə imza atıb.