09:36 30-04-2020
news_image
88
FUTBOL

"Azərbaycanda uğursuz idi" - sabiq "Xəzər Lənkəran"lı haqda

"2012-ci ildə Randall Brenes Azərbaycandan qayıdanda ona büdcədən kənar maaş təklif etdik".

Apasport.az saytının məlumatına görə, bunu Kosta Rikanın "Kartagena" klubunun prezidenti Xose Luis Rodriges deyib.

Sabiq hücumçuları Randall Brenesin klub barədə ittihamlarına cavab verən prezident onun maaş məsələsində problem yaşamadığını söyləyib. Hətta  Rodriges 37 yaşlı keçmiş forvardın "Xəzər Lənkəran"dan döndüyü anı da yada salıb: "Həmin vaxt yerli çempionat artıq inkişaf etmişdi. Brenesin maaşını ödəmək üçün kampaniya yaradıldı. Biz onu Azərbaycan futboluna təhvil verəndə orada uğursuz mövsüm keçirdi. Futbolda istədiyini tapa bilmədi. Kosta Rikaya qayıtdı, nümayəndəsi Don Adolfo Ernandes bizimlə əlaqə saxlayaraq, qaytarmağımız üçün müraciət etdi. Oyunu ilə də klubun liderinə çevrildi".

Qeyd edək ki, Randall Brenes 2012-ci ildə "Kartagena"dan "Xəzər Lənkəran" keçsə də, elə həmin il Kosta Rika klubuna qayıdıb, 6 il orada oynadıqdan sonra karyerasını bitirib.