10:05 30-04-2020
news_image
100
FUTBOL

"Liverpul"u arzulayır - Kloppa görə

"Leypsiq"in hücumçusu Timo Verner Almaniyanı tərk etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə 24 yaşlı forvard gücünü Premyer Liqada sınamaq fikrinə düşüb.

"Bavariya"dan təklif almasına baxmayaraq, Almaniya millisinin üzvü "Liverpul"un formasını geyinmək arzusundadır. Vernerin "qırmızılar"ı seçmə səbəbi baş məşqçi Yurgen Kloppdur. O, həmyerlisinin rəhbərliyi altında çıxış etməklə daha yaxşı inkişaf edəcəyini düşünür. Forvard Premyer Liqa təmsilçisinin də maraq dairəsindədir və tezliklə danışıqların başlaması gözlənilir.

Qeyd edək ki, Timo Verner cari mövsüm 36 oyunda 27 qol, 12 assistlə yadda qalıb.