10:59 30-04-2020
news_image
116
FUTBOL

19 yaşlı niderlandlı hücumçunu istəyir - “Barselona”

İspaniyanın “Barselona” klubu Niderland təmsilçisi “Alkmaar”ın futbolçusu Mayron Boadunu transfer etmək istəyir. 

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi hücumçunun keçidini bu yay gerçəkləşdirməyi planlaşdırır.

19 yaşlı niderlandlı forvard yeni klubunda transferinin reallaşması maliyyə səbəbindən inandırıcı görünməyən Lautaro Martinesin əvəzləməlidir. Boadu da İtaliya “İnter”inin yüksək məbləğ qoyduğu Martineslə eyni üslublu futbolçu sayılır. Niderlandlının müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Boadu cari mövsüm 39 oyunda 20 qol vurub.