12:55 30-04-2020
news_image
131
FUTBOL

Avrokubokdakı bir təmsilçisini itirə bilər - Niderland

Niderland avrokuboklara vəsiqələrdən birini itirə bilər.

Apasport.az saytının xəbərinə görə, ölkənin futbol federasiyası bu barədə klubları məlumatlandırıb.

Bildirilir ki, UEFA Niderlandı avrokuboklardakı 5-ci yerdən məhrum edə bilər. Bu, koronavirus pandemiyası üzündən dayandırılan  futbol mövsümünün bərpa olunmadan vaxtından əvvəl başa çatması ilə bağlıdır.

Federasiya Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqənin çempionatda 5-ci yeri tutan “Villem” klubuna verilməsini qərara alıb. UEFA bu klubu yarışa buraxmasa, Niderlandın 4 təmsilçisi qalacaq.

İki klubu Çempionlar Liqasında oynayan “Zanbaqlar ölkəsi”nin Avropa Liqasındakı üç təmsilçisindən ikisi çempionat, biri kubokla müəyyənləşməli idi. Federasiya hər üç yeri çempionata əsasən müəyyənləşdirib ki, məhz bu da UEFA-nın narazılığına səbəb ola bilər.