13:57 30-04-2020
news_image
281
FUTBOL

"Səbail"dəki gələcəyim qeyri-müəyyəndir" - Aftandil Hacıyev

"Səbail"in baş məşqçisi Aftandil Hacıyevin gələcək aqibəti qeyri-müəyyəndir.

Apasport.az saytının məlumatına görə, 39 yaşlı mütəxəssislə mövsümün sonunda yollar ayrıla bilər.

Hacıyev əməkdaşımızla söhbətində yeni sözləşmə ilə bağlı rəhbərliklə heç bir danışığın olmadığını söyləyib. O, bunu koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasilə ilə əlaqələndirib: "Düşdüyümüz vəziyyətlə əlaqədar rəhbərliklə heç bir məsələ müzakirə olunmayıb. Növbəti mövsümün planı ilə bağlı söhbət aparmamışıq. Yəni komandada qalıb-qalmayacağım barədə nəsə deməkdə çətinlik çəkirəm. Hökumətimiz vəziyyətdən çıxış yolunu axtarır, tapır. Biz də çalışırıq qanunlara əməl edək. Bu üzdən klubdakı gələcəyim qeyri-müəyyəndir. İşə başladıqdan sonra yəqin ki, bu tip suallara aydınlıq gələcək".

Qeyd edək ki, Aftandil Hacıyev 2018-ci ilin yayından "Səbail"ə rəhbərlik edir.