15:00 30-04-2020
news_image
112
FUTBOL

“Milan”dan ayrıla bilər – braziliyalı yarımmüdafiəçi

İtaliyanın “Milan” klubu futbolçusu Lukas Paketa ilə vidalaşa bilər.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi karyerasını A seriyasının digər klubu – “Fiorentina”da davam etdirmək imkanı qazanmağa yaxındır.

Belə ki, Florensiya təmsilçisi Lukasın transfer etmək arzusundadır. “Bənövşəyilə” artıq futbolçunun agenti ilə danışıqlara start verib.

“Fiorentina” braziliyalı yarımmüdafiəçinin keçidini bu yay həll etməkdə israrlıdır. Bunun üçün klub rəhbərliyi “Milan”ın istəyəcəyi məbləği də ödəməyə hazırdır. “Rossonyeri” ilə müqaviləsi 2023-cü ilə qədər olan cənubi amerikalı Portuqaliya “Benfika”sının da maraq dairəsindədir.

Qeyd edək ki, Paketa cari mövsüm 19 oyun keçirib.