15:19 30-04-2020
news_image
406
FUTBOL

"Qarabağ"ın istədiyi futbolçu bağışlanıldı

"Fənərbaxça" futbolçusu Alper Potukla bağlı qərarını dəyişib.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən məhdud sayda transfer imkanı yaranan "sarı-lacivərdlilər" yarımmüdafiəçini də yenidən heyətə cəlb etmək qərarına gəlib.

Maaşı 40 faiz endirildikdən sonra əvəzedici heyətə göndərilən 29 yaşlı oyunçu bu gün klubun bazasına çağırılıb. Rəhbərlik tərəfindən bağışlanılan Alperin "Samandıra"dakı görüş zamanı maaşının bir qədər də azaldılmasına razılıq verməsi gözlənilir.

Bir ara müqaviləsinə xitam verilməsi planlaşdırılan Alperin indi gələn mövsüm əsas kollektivdə olması qərara alınıb. Türkiyə millisinin sabiq üzvü tezliklə kollektivə qoşularaq məşqçilər korpusunun ixtiyarında olacaq. Onun "Fənərbaxça" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, "Qarabağ" Alperi bu ilin yanvarında icarəyə götürməyə çalışsa da, futbolçu son anda Azərbaycan klubuna keçməkdən imtina edib.