23:04 30-04-2020
news_image
159
FUTBOL

Birindən imtina, birinə maraq - "Barselona"lıların

"İnter"in hücumçusu Lautaro Martineslə maraqlanan "Barselona" bu dəfə argentinalının keçidi qarşılığında hücumçusu Antuan Qrizmannı təklif edib.

Apasport.az saytının məlumatına görə, "neradzurra" bu dəyişikliyə razı olmayıb.

İtaliya klubu Qrizmannın məvacibinin yüksək olduğunu əsas gətirərək, ondan imtina edib. Fransa millisinin üzvü 20 milyon avroluq maaş istəyib. Koronavirus pandemiyası səbəbindən yaranmış maliyyə problemi milanlıların az maaş tələb edən oyunçulara maraq göstərməsinə səbəb olub.

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç isə "Vilyarreal"ın diqqət mərkəzinə düşüb. La Liqa təmsilçisinin prezidenti Fernando Roiq də məlumatı təsdiqləyib: "Rakitiçi çox bəyənirəm. Əgər mövsümün sonunda bizə gəlməyə razılıq versə, məmnuniyyətlə onu alaram".