23:33 30-04-2020
news_image
114
FUTBOL

Müqaviləni uzatdı - Çempionlar Liqası üçün

Fransa çempionatının yarımçıq başa çatması “Renn”in futbolçusu Stiven Nzonzinin gələcək karyerasına aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, İtaliya “Roma”sına məxsus olan yarımmüdafiəçi daha bir il icarə əsasında Liqa1 təmsilçisində qalacaq.

Onun “Renn”də qalmasına müqaviləsindəki bənd səbəb olub. Tərəflər arasında anlaşmada klubun Çempionlar Liqasına çıxacağı halda icarə barədə müqavilənin avtomatik uzadılacağı əksini tapıb.

Bu üzdən də bürünc medal qazanan “Renn”in qitənin ən nüfuzlu klub turnirinə yüksəlməsi 31 yaşlı fransalının daha bir il vətənində qalması ilə nəticələnib.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən dayandırılan və bərpa olunmadan başa çatan Liqa1-də PSJ çempion adına, “Marsel” ikinci yerə sahib çıxıb.