23:44 30-04-2020
news_image
129
FUTBOL

A seriyasında komanda sayı artırılmayacaq

İtaliya A seriyasının erkən başa çatması komandaların sayının artması ilə nəticələnməyəcək.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu barədə qərarı İtaliya Futbol Həmkarlar İttifaqlarının toplantısı verib.

Koronavirus pandemiyası üzündən dayandırılan çempionat bərpa olunmadan yekunlaşsa, bu, klubların liqaları dəyişməsinə mane olmayacaq. Yəni A seriyasının autsayderləri yerini B seriyasının liderlərinə verəcək.

Bir müddət əvvəl A seriyasını heç bir klubun tərk etməyəcəyi, əvəzində orada yeni komandaların gələcəyi ilə bağlı iddia ortaya atılmışdı. Lakin bu qərardan sonra iştirakçı sayının 22-yə yüksəlməyib, 20-də qalacağı bəlli olub.