09:40 01-05-2020
news_image
427
FUTBOL

Millimizin futbolçusu ən dəyərlilər sırasında - BƏƏ-də

Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Birləşmiş Ərəb Əmirlikləri çempionatının (BƏƏ) ən dəyərli futbolçuları sırasındadır.

Apasport.az saytının məlumatına görə, bununla bağlı araşdırma aparılıb.

Çempionatın ən qiymətli oyunçusu "Əl-Ain"də çıxış edən qazaxıstanlı yarımmüdafiəçi Baurjan İslamxandır. Hazırda onun transfer qiyməti 2,4 milyon avroya bərabərdir. İkinci sırada "Əl-Vasl"ın brazilitalı pleymeykeri Fabio Lima (2 milyon) qərarlaşır.

Bu ilin əvvəlində "Astana"dan "Baniyas"a keçən Almeyda 1,6 milyon avro dəyərində göstərilir. Milliləşdirilmiş braziliyalı bu baxımdan 3-cü yeri bölüşdürür. Eyni qiymətdə göstərilən digər futbolçu İspaniya millisinin sabiq hücumçusu, Avropa çempionu Alvaro Neqredodur.

Qeyd edək ki, BƏƏ çempionatı koronavirus pandemiyasına görə dayandırılıb. Liqa rəhbərliyi maliyyə böhranını aradan qaldırmaq üçün yüksək ödənişli futbolçuların maaşlarının 40 faizini kəsməyi planlaşdırır.