09:48 01-05-2020
news_image
94
FUTBOL

“Çelsi”dən yeni təklif – ildə 8 milyon

İngiltərənin “Çelsi” klubu futbolçusu Temmi Abrahama yeni müqavilə təklif edib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi hücumçuyla anlaşmanı 2025-ci ilədək uzatmaq istəyir.

Abraham bu təklifi qəbul etsə, ildə 8 milyon avro qazanacaq. Artıq danışıqların ilkin mərhələsi başa çatıb və tərəflərin müqaviləni imzalayacağı gözlənilir.

Temminin hazırkı müqaviləsi 2022-ci ilin iyununda başa çatacaq. 22 yaşlı ingiltərəli cari mövsümün 25 oyununda 13 qol vurub.