10:19 01-05-2020
news_image
99
FUTBOL

Kubokun finalı keçirilməsə, Avropa Liqasına kim gedəcək?

İspaniya kubokunun final oyunu keçirilməsə, Avropa Liqasına vəsiqə La Liqada 7-ci yerin sahibinə veriləcək.

Apasport.az saytının xəbərinə görə, UEFA bununla bağlı İspaniya Kral Futbol Federasiyasını məlumatlandırıb.

Bildirilir ki, koronavirus pandemiyası üzündən dayandırılan mövsümün kubok yarışının qalibi müəyyənləşməsə, avrokuboklara vəsiqə çempionat vasitəsilə sahibini tapacaq. Bununla da UEFA ispaniyalıların təklifini rədd edib.

Federasiya finalçılardan birinin Çempionlar Liqasına vəsiqə qazanacağı halda, həlledici matçın digər iştirakçısının avrokuboklara yüksəlməsini istəyirdi. Bu təklifə əsasən, mövsüm bərpa olunmasa, “Real-Sosyedad” 4-cü yerin sahibi kimi Çempionlar Liqasına, digər finalçı “Atletik” isə La Liqada 10-cu sırada olsa belə Avropa Liqasına vəsiqə əldə edəcəkdi. UEFA-nın irəli sürdüyü tələblə isə mövsüm erkən başa çatsa, 7-ci yerdə olan “Valensiya” avrokuboka yüksələcək.