10:24 01-05-2020
news_image
182
FUTBOL

"Zirə" Belarus bazarına göz dikib

Mövsümün sonunda heyətinə əl gəzdirməyi planlaşdıran "Zirə" transfer siyahısını indidən hazırlamağa başlayıb.

Apasport.az saytının məlumatına görə, Bakı klubu ölkə daxilində çıxış edən oyunçularla yanaşı, bir neçə əcnəbi futbolçunu da diqqətdə saxlayır.

Məşqçilər korpusu əsas diqqətini Belarus çempionatına yönəldib. Baş məşqçi Zaur Həşimov hələ qış fasiləsində həmin ölkədən 2 oyunçunu "qaralayıb", lakin keçidləri reallaşmamışdı. Adlarını dəqiqləşdirmək mümkün olmasa da, həmin oyunçuların mövsümün sonunda Azərbaycana köçmək ehtimalı hələ də qüvvədədir.

Hazırda Avropada çempionatı dayandırılmayan yeganə ölkə Belarus olduğundan, qəsəbə təmsilçisi gündəmindəki oyunçuları izləməkdə davam edir. Məşqçilər korpusu həmçinin yeni futbolçular da kəşf edə bilər.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar XX turdan sonra dayandırılan Premyer Liqada "Zirə" 23 xalla 5-ci pillədə qərarlaşır.