11:00 01-05-2020
news_image
548
FUTBOL

Yeni baş məşqçisi bilindi - "Fənərbaxça"nın

Ərsun Yanalla yollarını ayırdıqdan bəri baş məşqçi axtarışında olan "Fənərbaxça" yeni çalışdırıcısını müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu Zaqreb "Dinamo"sunun sabiq çalışdırıcısı Nenad Belitsa ilə danışıqlara başlayıb.

Mirça Luçesku, Abdullah Avcı, Eusebio Di Françesko kimi mütəxəssislərin adlarını siyahıdan silən rəhbərlik bütün diqqətlərini xorvatiyalı çalışdırıcıya yönəldib. Hazırda işsiz olan 49 yaşlı məşqçi özü də bunu təsdiqləyib: "Fənərbaxça" ilə danışığımız olub. Hələ dəqiqləşən bir şey yoxdur. Görüşlər davam edir".

Türkiyə mətbuatı rəhbərliyin Belitsa ilə ortaq məxrəcə gəlməyə çox yaxın olduğunu vurğulayıb. Tərəflərin illik 2 milyon avroluq maaşda anlaşdığı bildirilir.

Ardıcıl iki il Zaqreb "Dinamo"sunu ölkə çempionu edən Belitsanın komandası cari mövsüm də 18 xallıq fərqlə lider mövqeyində idi. Lakin rəhbərlik ondan icazəsiz koronavirus pandemiyası ilə əlaqədar futbolçuların və məşqçilər korpusunun maaşlarını azaldınca çalışdırıcı istefa verib.