12:43 01-05-2020
news_image
139
FUTBOL

Verner qərarını verdi – “Liverpul”

Almaniyanın “Leypsiq” klubunun futbolçusu Timo Verner gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, bunu “Bild” nəşri iddia edir.

Bildirilir ki, hücumçu yayda “Bavariya”ya keçməyəcək. 24 yaşlı forvard karyerasını ölkə xaricində davam etdirməkdə israrlıdır. 

O, həmyerlisi Yurgen Kloppun rəhbərlik etdiyi İngiltərə “Liverpul”unda oynamağa üstünlük verir. Lakin bu keçidin baş tutması danışıqlardan asılı olacaq.

Qeyd edək ki, Timo yetirməsi olduğu “Ştutqart”da çıxış etdiyi 2013-16-cı illərdən sonra “Leypsiq”ə keçib.