13:31 01-05-2020
news_image
235
FUTBOL

Ronaldo və Messidən fərqli göstəricilər – SİYAHI

Ulduz futbolçuların penalti zərbələrindən yararlanma bacarığı müəyyənləşdirilib.

Apasport.az saytının məlumatına görə, İspaniyanın “Marca” nəşri tanınmış oyunçuların karyerası ərzində vurduğu 11 metrlik zərbələrlə bağlı araşdırma aparıb.

1-ci yeri “Real”ın belçikalı yarımmüdafiəçisi Eden Azar tutub. İkinci sırada onun komanda yoldaşı olan fransalı Kərim Benzema qərarlaşıb. İlk “üçlüy”ü “Yuventus”un portuqaliyalı forvardı Kriştianu Ronaldo qapayıb.

Onun kimi Lionel Messi də rekordçuya həsəd apara bilər. Argentinalı yalnız 9-cu sıradadır.

Lakin bu iki oyunçunu da fərqləndirən məqam var. Ronaldo ilk “onluq”da penaltidən ən çox qol vuran oyunçudursa (121), Messi ən çox (26) imkan qaçırandır.

1. Eden Azar – 88 % dəqiqlik (49 qol/56 penalti)
2. Kərim Benzema – 88 % (15/17)
3. Kriştianu Ronaldo – 85 % (121/143)
4. Harri keyn - 84 % (37/44)
5. Luis Suares – 82 % (40/49)
6. Məhəmməd Salah – 81 % (13/16)
7. Neymar  - 80 % (51/64)
8. Serxio Aquero – 78 % (46/59)
9. Lionel Messi – 77 % (89/115)
10. Antuan Qrizmann – 68 % (17/25)