14:27 01-05-2020
news_image
125
FUTBOL

Narazı klubların cavabını verdi - Nazir

“Onlar məhkəməyə müraciət etmək istəyirlərsə, qoy etsinlər”.

Apasport.az saytının məlumatına görə, bunu Fransanın idman naziri Roksana Marasinyano deyib.

O, koronavirus pandemiyası üzündən dayandırılan futbol mövsümünün bərpa olunmadan başa çatmasından narazı klublara cavab verib. Nazir məhkəməyə üz tutacaqlarını açıqlayan “Lion”, “Tuluza” və “Amyen”in iradlarına münasibət bildirib: “Belə vəziyyətdə razılar da, narazılar da olacaq. Hamını həmrəyliyə və məsuliyyətə çağırıram. Nüfuzlu şəxsləri dirənməməyə səsləyirəm. Biz digərləri, cəmiyyət barədə düşünməliyik. Hər kəs itkiləri qəbul etməyi bacarmalıdır”.

Qeyd edək ki, Fransa Futbol Federasiyası və Peşəkar Futbol Liqasının qərarına əsasən, çempionat dayandırılan ana qədər olan turnir cədvəli yekun kimi qəbul olunub. Bu səbəbdən “Amyen”lə “Tuluza” Liqa1-i tərk edib, 7-ci yerin sahibi “Lion” avrokuboklardan kənar qalıb.