16:48 01-05-2020
news_image
132
FUTBOL

Liqa kuboku ləğv olunur – bir mövsümlük

İngiltərə Liqa kubokunun 2020/21 mövsümü ləğv oluna bilər.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb koronavirus pandemiyasıdır.

1960/61 mövsümündən keçirilən turnirin ləğvi ilə təqvimdəki sıxlığın qarşısının alınacağı gözlənilir. Çünki cari mövsümün oynanılmadan başa çatdırılsa, növbəti futbol ilinə də təsir edəcək.

Bu, Premyer Liqada komanda sayının 23-ə qaldırılması ilə nəticələnə bilər. Turların sayının da artması isə Liqa kubokunun ləğvinə əsas verəcək.