16:53 01-05-2020
news_image
95
FUTBOL

Klublar bazada hazırlıq keçə biləcək - mayın 4-dən

İtaliyanın A seriyasının klubları koronavirus pandemiyası üzündən dayandırılan çempionatın bərpasının tərəfdarıdır.

Apasport.az saytının məlumatına görə, bu gün təşkil olunan liqanın videotoplantısında 20 klubun hamısı yarışın davam etdirilməsinə səs verib.

Karantin şərtlərinin yüngülləşdirilməsindən sonra İtaliya klublarının məşqlərinə icazə verilib. “Bolonya”, “Parma”, “Spal” və “Sassuolo” mayın 4-dən bazada hazırlıq keçə biləcək. Hələlik kiçik qruplarla məşq edəcək komandalar ayın 18-dən kollektiv çalışmalara başlayacaq.