17:03 01-05-2020
news_image
109
DİGƏR NÖVLƏR

Dünya çempionatı təxirə salındı – ilin sonunda keçiriləcək

Badminton üzrə dünya çempionatı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərar Ümumdünya Badminton Federasiyası və İspaniya Badminton Federasiyası arasında razılaşma əsasında verilib.

2021-ci ilin avqustuna planlaşdırılan yarış koronavirus pandemiyası üzündən ilin sonuna keçirilib. Yarış noyabrın 29-dan dekabrın 5-dək təşkil olunacaq.
 
Qeyd edək ki, turnir İspaniyanın Uelva şəhərində keçiriləcək.