19:02 01-05-2020
news_image
136
DİGƏR NÖVLƏR

İdman müəssisələrinin açılması nə vaxta qaldı? - Operativ Qərargah

“Hər sahəyə aid təlimatlar üzərində çox təfərrüatlı şəkildə işlənilir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, həmin qaydalar sabah, yaxud yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə qeyd edib ki, mayın 4-dən sonra idman müəssisələrinin açılması nəzərdə tutulmayıb.