22:47 01-05-2020
news_image
230
FUTBOL

Transferinə pul qoyduğu üçün istintaqa cəlb olundu - Trippier

"Atletiko"nun futbolçusu Kiran Trippier istintaqa cəlb olunub.

Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin üzvü futbol oyununa pul qoyuluşunda ittiham edilir.

İngiltərə Futbol Federasiyası 29 yaşlı müdafiəçini mərc qaydalarını pozmaqda günahlandırır. Trippier mayın 18-nə qədər özünü müdafiə məqsədli ifadə verməlidir. İddiaya görə, cinah oyunçusu ötən ilin yayında "Tottenhem"dən "Atletiko"ya transferinə pul qoyuluşu edib.

Ancaq Trippier özü isə ittihamları rədd edib: "Peşəkar karyeram boyu heç vaxt futbol oyununa pul qoymamışam".