23:28 01-05-2020
news_image
136
FUTBOL

Köçmək istədiyi ölkəni açıqladı - Beyl

"Real"ın hücumçusu Qaret Beyl oynamaq istədiyi ölkənin adını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Uels millisinin lideri ABŞ-a köçməkdə maraqlıdır.

31 yaşlı ulduz futbolçu MLS klublarından birinə keçməyin əleyhinə olmadığını bildirib: "MLS liqası yüksəlişdədir və inkişaf etməyə davam edir. Düşünürəm ki, indi daha çox oyunçu ora gedib oynamaq istəyir. Mən ora barədə mütləq maraqlanardım. Los Ancelesə istirahətə getməyi də sevirəm".

Qeyd edək ki, Qaret Beylin "Real"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.