00:05 02-05-2020
news_image
244
FUTBOL

Dembele barədə qərarını verdi - "Barselona"

"Barselona" hücumçusu Usman Dembele ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu Fransa millisinin üzvünü satmaq fikrindən uzaqdır.

Baş məşqçi Kike Setyen artıq zədəsini sağaldan 23 yaşlı ön xətt oyunçusunu gələn mövsüm əsas heyətdə oynatmağı, daha çox oyun şansı verməyi planlaşdırır. Çalışdırıcının gələcək planlarında Dembele olduğundan, rəhbərlik onu satışa çıxarmayacaq.

Qeyd edək ki, Usman Dembelenin "Barselona" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.