00:53 02-05-2020
news_image
90
FUTBOL

Məşqlərə icazə verildi - MLS-də

Şimali Amerika klublarının iştirak etdiyi MLS-də futbolçuların məşqlərinə icazə verilib.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən hazırlıqlara ara verən oyunçular mayın 6-dan məşqlərə start verə bilər.

Lakin hələlik onlar yalnız fərdi hazırlıqla kifayətlənməli olacaq. Üstəlik, klublar təhlükəsizlik tədbirlərinə riayət etməlidir. MLS rəhbərliyi klubların bu tələbi pozmayacağına ümid edir.