01:09 02-05-2020
news_image
91
FUTBOL

“Barselona” üçün prioritet transfer - Pyaniç

İtaliyanın “Yuventus” klubunun futbolçusu Miralem Pyaniç karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, bosniya və herseqovinalı yarımmüdafiəçi “Barselona”nın maraq dairəsinə düşüb.

La Liqa təmsilçisi üçün 30 yaşlı futbolçu transfer siyahısının ön sıralarındadır. Bu keçidi prioritet sayan ispaniyalılar artıq bu yay Miralemi heyətində görmək istəyir.

Hər iki ayaqla oynamağı bacaran futbolçunun “Barselona”nın üslubuna uyğun gəlməsi də klub rəhbərliyinin ürəyincədir. Pyaniç bu keçidin əleyhinə deyil.

Qeyd edək ki, Miralemin “Yuventus”la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.