10:17 02-05-2020
news_image
142
FUTBOL

"Messi "İnter"ə qoşulanlardan biri ola bilər" - məşqçi

"Messi "İnter"ə keçə bilər. Səbəbini bilirsiniz? Çünki orada Zanetti var".

Apasport.az saytının məlumatına görə, bunu "Tottenhem"in baş məşqçisi Joze Mourinyonun sabiq köməkçisi Joze Moraiş deyib.

O, Messinin "İnter"ə keçməsinin təəccüblü olmayacağını vurğulayıb: "Zanetti argentinalı futbolçular üçün cəlbedici amildir. Düşünürəm ki, Messi kimi bir oyunçu başqa klub barədə düşünsə, bu, "İnter" olacaq. "İnter"ə qoşulan bütün argentinalılar qeyri-adi oyunçulardır, kluba uğur gətirdilər. İnanıram ki, Messi onlardan biri ola bilər ".

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.