10:37 02-05-2020
news_image
186
FUTBOL

“Yuventus”a imtina etdi – “Santos”

İtaliyanın “Yuventus” klubu braziliyalı hücumçu Kayo Jorjeni transfer etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi futbolçunun çıxış etdiyi “Santos”la danışıqlara start verib.

Turin klubu 18 yaşlı forvard üçün 18 milyon avro təklif edib. Lakin cənubi amerikalılar bu qiymətlə razılaşmayıb. “Santos” italiyalıların ilkin təklifindən imtina edib.

Buna səbəb braziliyalıların hücumçu üçün daha çox pul istəməsidir. “Santos” Jorje üçün 30 milyon avro ödənməsini istəyir. Buna baxmayaraq, turinlilər danışıqları davam etdirərək oyunçunu münasib qiymətə transfer etməyə ümidlidir.

Qeyd edək ki, “Yuventus” daha bir braziliyalı ilə da maraqlanır. Bu, “Botofoqo”nun vingeri Luis Enrikedir.