11:49 02-05-2020
news_image
135
FUTBOL

"İspaniyaya qayıda bilərəm" - Aquero

"Mançester Siti"nin hücumçusu Serxio Aquero İspaniyaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, "Atletiko"nun sabiq forvardı bunu istisna etməyib.

Argentina millisinin forvardı "şəhərlilər"lə müqavilə müddətinin gələn il başa çatacağını və ondan sonra başqa kluba keçəcəyini söyləyib: "Mançester Siti"dən getdikdən sonra nə edəcəyimi bilmirəm. Müqavilə müddətim gün keçdikdə sona yaxınlaşır. Yəqin ki, bəzi təkliflər olacaq. Hazırda "Mançester Siti" ilə Çempionlar Liqasını qazanmaq istəyirəm. Bu, mənim və klub üçün inanılmaz bir uğur olardı. Gələn il İspaniyaya qayıtmağın və ya başqa ölkəyə köçməyin mümkünlüyünü istisna etmirəm".

Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən "Mançester Siti"nin formasını geyinir.