12:39 02-05-2020
news_image
163
FUTBOL

Millinin baş məşqçisi ilə müqavilə imzalandı

Belçika milli komandasının baş məşqçisi Roberto Martineslə müqavilə uzadılıb.

Apasport.az saytının məlumatına görə, Belçika Kral Futbol Assosiasiyası mütəxəssislə əməkdaşlığı uzatmağı məqsədəuyğun sayıb.

Bu ilin yayında anlaşması başa çatacaq 46 yaşlı ispaniyalı ilə yeni müqavilə imzalanıb. Yeni razılaşma 2 il müddətinə nəzərdə tutulub. Martines koronavirus pandemiyasına görə təxirə salınan və 2021-ci ildə təşkil olunacaq AVRO-2020-də, həmçinin vəsiqə qazanılsa, DÇ-2022-də komandasına rəhbərlik edəcək. 

Qeyd edək ki, Martines 2016-cı ilin yayından yığmanın baş məşqçisidir.