13:41 02-05-2020
news_image
6667
FUTBOL

"Gündə 10 dəfə sekslə məşğul oluruq" dediyi üçün peşmandır - FOTOSESSİYA

"Beşiktaş"ın hücumçusu Kevin-Brins Boatenqin həyat yoldaşı Melissa Satta yenidən gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, məşhur italiyalı model 8 il əvvəl mətbuata verdiyi açıqlamanın peşmanlığını yaşadığını söyləyib.

Satta sevgili olduqları dönəmdə "Boatenqlə gündə 10 dəfə sekslə məşğul oluruq, ona görə də, tez-tez zədələnir", cümləsini deməklə doğru addım atmadığını etiraf edib. Gözəl model həmin vaxtkı sözlərinin onlara böyük problemlər yaratdığını vurğulayıb: "Gərək yataq sirlərimizi açmayaydım. Hələ də gün ərzində birlikdə çox oluruq. Ancaq belə şeyləri mətbuata yaymaq yanlış başa düşülür".

Qeyd edək ki, müqavilə ilə "Fiorentina"ya məxsus olan Boatenq "Beşiktaş"da icarə əsasında çıxış edir.