14:14 02-05-2020
news_image
102
DİGƏR NÖVLƏR

Macarıstan Qran-Prisi təxirə salınır

“Formula-1” üzrə dünya çempionatının Macarıstan Qran-Prisi təxirə salına bilər.

Apasport.az saytının məlumatına görə, avqustun 2-də təşkil olunması nəzərdə tutulan yarışın ayın 23-nə təxirə salınması planlaşdırılır.

Üçhəftəlik tarix dəyişikliyi koronavirus pandemiyası ilə bağlıdır. Eyni səbəbdən mərhələnin azarkeşsiz keçiriləcəyini öncədən açıqlanıb. Lakin yarışla bağlı danışıqlar aparıldığından təxirəsalma rəsmiləşməyib.

Qeyd edək ki, Macarıstan Qran-Prisi “Hunqarorinqe”də baş tutacaq.